Bakıda evlər buna görə


Digərləri 03 May 2025 14:24:00 71 0

Bakıda evlər buna görə

2020-ci ildən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı inşaat işlərinə başlanması nəticəsində əsas inşaat materiallarının qiymətində ciddi artım baş verdi. Bu isə tikinti şirkətlərinin qiymətləri artırmasına səbəb oldu.

Bunu Axar.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Ekspert əlavə edib ki, şəhər ərazisində yeni tikinti layihələrinə verilən icazələrin azalması da bazarda rəqabəti zəiflədir:

"İcazələrin məhdudlaşdırılması nəticəsində tikinti şirkətləri arasında rəqabət azalır, bu da qiymət artımına yol açır. Hazırda bünövrədən başlayan yeni tikililərin sayı çox azdır. Satışda mənzil qıtlığı var və bu da bazarı bahalaşdırır. Dörd il ərzində qiymətlərdə 55 faizə qədər artım müşahidə olunub".