Zavodda FACİƏ: ölən var


Digərləri 03 May 2025 13:33:00 90 0

Zavodda FACİƏ: ölən var

Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.

Son.az xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "İdeal" kərpic zavodunun həyətində baş verib.

Küləyin təsirindən zavodun hasarı "KamAZ" markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalar aparılır. /"Qafqazinfo"