Həftəsonu səfərə hazırlaşanların NƏZƏRİNƏ


Digərləri 03 May 2025 13:11:00 63 0

Həftəsonu səfərə hazırlaşanların NƏZƏRİNƏ

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

Son.az xəbər verir ki, müraciətdə deyilir ki, sinoptiklərin məlumatına əsasən hazırda ölkənin dağlıq və dağətəyi rayonlarında yağışlı hava şəraiti hökm sürür, bu da yol hərəkəti təhlükəsizliyi baxımından əlverişsiz hesab olunur.

"Xüsusilə, gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, bu bölgələrə səfər edən sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir", - müraciətdə qeyd olunub.