Kamaləddin Qafarov: “AzərbaycanÇin əlaqələri yeniAnchor mərhələyə qədəm qoyur”


Digərləri 03 May 2025 12:00:00 64 0

Kamaləddin Qafarov: “AzərbaycanÇin əlaqələri yeniAnchor  mərhələyə qədəm qoyur”

"Bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri genişlənərək getdikcə daha çox strateji sahələri əhatə etməklə, istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin  deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu əlaqələrin inkişafı, ilk növbədə, ölkələrimizin və xalqlarımızın milli maraqlarının təmin olunmasına  hesablanıb." Bütün bu və bir çox digər önəmli məqamlar  Prezident İlham Əliyevin aprelin 25-də Çinin CGTN telekanalında yayımlanmış müsahibəsində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımızın cari ilin aprel ayının 23-24-də Çin Xalq Respublikasına etdiyi rəsmi dövlət səfəri çərçivəsində ölkələrimiz arasında münasibətləri daha yüksək səviyyəyə qaldıran və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bu sənədlər arasında ən önəmlisi cənab Prezident İlham Əliyev ilə Sədr Si Cinpinin imzaladıqları "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"dır. Bu sənəddə bir daha təsdiq olunur ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir və ən əsası, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Öz müsahibəsində bu məqama xüsusi toxunan  Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyir. İmzalanmış Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çoxsaylı məsələləri əhatə edir. Beləliklə, sözügedən sənəd mahiyyət etibarı ilə son dərəcə əhəmiyyətlidir. Təsadüfi deyil ki, cənab Prezident Azərbaycanın bir çox ölkələrlə, o cümlədən bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzaladığını, lakin məhz Çin ilə imzalanmış Bəyanatın onların hamısından daha güclü olduğunu qeyd etdi."