Neftin qiyməti düşdü


Digərləri 03 May 2025 12:34:00 80 0

Neftin qiyməti düşdü

Mayın 2-də dünya bazarlarında neftin qiymətində eniş davam edib.

Son.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2025-ci ilin iyun ayı üçün WTI neftinin barel qiyməti 1,60% və ya 0,95dollar azalaraq 58.29 dollara enib.

ICE London qitələrarası birjasında 2025-ci ilin iyul ayı üçün Brent neftinin qiyməti isə 1,35% və ya 0,84 dollar azalaraq 61.29 dollara düşüb.