DİNdən əhaliyə xəbərdarlıq


Digərləri 03 May 2025 10:28:00 62 0

DİNdən əhaliyə xəbərdarlıq

DİN kiberdələduzluqla bağllı əhaliyə müraciət edib.

Bu barədə Son.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik səbəbilə bank kartı məlumatlarını heç kimlə paylaşmaq olmaz: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.