“Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ
Digərləri 03 May 2025 08:35:00 66 0
3399 manat ünvanlı sosial yardım almağa kömək göstəririk. "Feysbuk sosial şəbəkəsində yaradılan "Azərbaycan Sosial Yardım 2025" adlı saxta profil altında guya sosial yardıma ehtiyacı olan insanlara yardım edilir, onlara dövlətin bu qayğısından yararlanmaq üçün şirnikləndirici təkliflər səsləndirilir.
Bu haberi de oku: Başından problemi əskik olmayan BÜRCLƏR
Əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir. Dövlət Sosial Müdafiə Fondu əhalini diqqətli olmağa səsləyib.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, qurumun mətbuat katibi Rəşad Mehdili qeyd edib ki, səhifədə əvvəlcə istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur.
Rəşad Mehdili qeyd edib ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur.