Trampın 10 dəqiqəlik iqtisadi manevri: 4 trilyon dollar qazancı və yeni iqtisadiyyata tələbat
Digərləri 10 Nis 2025 18:52:00 232 0
"Bir çox insanlar düşünür ki, ABŞ prezidenti Donald Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla sadəcə olaraq rəhmə gəldi. Lakin, gerçək vəziyyət fərqlidir. Tramp sərt tarif qərarını təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı. Bəli, cəmi 10 dəqiqə ərzində".
Bu haberi de oku: Ərdoğan: NATO sammiti 2026cı ildə Ankarada keçiriləcək
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, müharibə yolu ilə belə böyük məbləğləri qazanmaq illərlə döyüş tələb edir. Siyasətdə isə 4 trilyon dollar qazanmaq üçün onilliklər boyu mübarizə aparmaq lazım gəlir. Ancaq bir iqtisadi manevr sadəcə 10 dəqiqə ərzində qlobal bazarları təlatümə gətirir.
"Tramp öz rəqiblərini hədələyərək əlini yaxınlaşdıranda birjalar çökür, əlini geri çəkəndə isə bazarlar rahatlayır və iqtisadiyyat nəfəs alır. Bu hadisə "davranış iqtisadiyyatı" dediyimiz anlayışın canlı nümunəsidir.
Yapım 2015 © Son.AZ