Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından gəlir vergisi tutulacaq – RƏSMİ


Digərləri 06 Kas 2025 11:08:00 73 0

Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından gəlir vergisi tutulacaq – RƏSMİ

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi           2500 manatadək 3 faiz             2500 manatdan 8000 manatadək 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz   2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:


Habere ait fotoğraflar