İnam Kərimov Naxçıvan Ali Məhkəməsinin sədrini təqaüdə göndərdi
Digərləri 06 Kas 2025 10:48:00 89 0
Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Bu haberi de oku: Məktəblərdə yayılan bu sənəd etirazlara səbəb oldu
Son.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
İclasda "İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimə cəlb edilməsi Qaydaları" layihəsi və "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.
Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarına baxılıb.
