Əl və dırnaqlarda görünən dəyişikliklər hansı xəstəlikdən xəbər verir?


Digərləri 10 Eki 2025 05:05:00 87 0

Əl və dırnaqlarda görünən dəyişikliklər hansı xəstəlikdən xəbər verir?

Dırnaqlar və əllər bədənin sağlamlıq vəziyyətini göstərən mühüm siqnallardandır. Onlarda baş verən dəyişikliklər bəzən ciddi xəstəliklərin xəbərdarlıq əlaməti ola bilər.

1. Saralma Dırnaqların saralması adətən göbələk infeksiyasına işarə edir. Lakin bəzən ağciyər xəstəlikləri, şəkərli diabet və ya limfa dövranı problemləri ilə də əlaqəli ola bilər.

2. Ağ ləkələr və ya xətlər Bu dəyişikliklər çox vaxt sink və ya kalsium çatışmazlığından yaranır. Ancaq qaraciyər və böyrək problemləri zamanı da müşahidə edilə bilər.

3. Qırılma və soyulma Əgər dırnaqlar tez-tez qırılır və soyulursa, bu dəmir çatışmazlığı anemiyasının əlaməti ola bilər. Həmçinin qalxanabənzər vəzi problemləri də dırnaq quruluşuna təsir edir.

4. Qabarıqlıq və ya batıqlıq Dırnağın ortasının batması və ya qaşıq şəklinə düşməsi dəmir çatışmazlığına işarədir. Əksinə, dırnaq səthinin qabarıqlaşması ürək və ağciyər xəstəlikləri ilə əlaqələndirilir.

5. Mavimsi və ya solğun rəng Əllərin və dırnaqların mavimsi görünməsi qan dövranı pozğunluqları və ya aşağı oksigen səviyyəsinin göstəricisi ola bilər.