Albert Aqarunovun vurduğu tankın komandiri öldü


Digərləri 22 Eyl 2025 22:26:00 73 0

Albert Aqarunovun vurduğu tankın komandiri öldü

Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni tankının komandiri Qaqik Avşaryan ölüb.

Son.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 erməni tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilib. İki ekipaj üzvü - Aşot Avanesyan və Şahen Sarkisyan yerindəcə ölüb, polkovnik Qaqik Avşaryan isə döyüş meydanından qaçıb.

Uzun müddət tank Şuşanın girişində yerləşdirilib, lakin şəhər azad edildikdən sonra 2023-cü ildə o, yerindən çıxarılaraq Bakıya gətirilib. (oxu.az)