Azərbaycanın "Avroviziya"da iştirakdan imtinası ilə bağlı yayılan xəbərlər yalandır
Digərləri 21 Eyl 2025 18:38:00 90 0
Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından "Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq" başlığı ilə tirajlanan xəbərlər həqiqətə uyğun deyil.
Bu haberi de oku: Günün qoroskopu: Sıx görüşlər və danışıqlar var, tələsməyin, emosiyalarınızı idarə edin
APA-nın əldə etdiyi xəbərə görə, Dubrovnik şəhərində 15-16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə - İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.
Tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.
2-4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq.
Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.