Füzulidə zəncirvari qəza Xəsarət alanlar var


Digərləri 22 Eyl 2025 00:28:00 58 0

Füzulidə zəncirvari qəza  Xəsarət alanlar var

Füzulidə zəncirvari qəza baş verib.

Son.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan "KİA" və 2 "Mercedes" markalı avtomobil toqquşub.

Baş verən qəza zamanı xəsarət alanlar - Beyləqan rayon Birinci Şahsevən kənd sakinləri 2003-cü il təvəllüdlü Əmirzadə Fərid Fəxri oğlu, 2002-ci il təvəllüdlü İbrahimov Füzuli Sədrəddin oğlu, Füzuli rayon Bala Bəhmənli kənd sakini 1969-cu il təvəllüdlü Niyazova Kübra Oruc qızı və  Füzuli rayon Böyük Bəhmənli kənd sakini 1992-ci il təvəllüdlü Mirzəyev Cavid Koroğlu oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan İbrahimov Füzuli Sədrəddin oğlunun müalicəsi müvafiq şöbədə davam etdirilir. Digər xəsarət alanlar isə müalicə və müayinə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.