Balıq BAHALAŞDI


Digərləri 20 Eyl 2025 09:58:00 65 0

Balıq BAHALAŞDI

Son illərlə müqayisədə balıq məhsullarının qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.

Son.az xəbər verir ki, əvvəllər 1 kiloqram balıq təxminən 7-8 manata təklif olunurdusa, indi bu rəqəm 14-15 manata qədər yüksəlib. Satıcıların sözlərinə görə, qiymətlər balığın növü, çəkisi, hansı regiondan gətirilməsi və yaşadığı mühitdən asılı olaraq dəyişir.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi bazarlarda qiymətlərin süni şəkildə artmasının qarşısını almaq məqsədilə yarmarkalar təşkil edir. Alıcıların fikrincə, bu yarmarkalarda qiymətlər nisbətən daha münasib olur.

Hazırda satışda həm yerli, həm də xaricdən gətirilmiş balıq növlərinə rast gəlinir. Qiymətlər 4 manatdan başlayaraq mövsümə görə ən baha balıq 15 manatadək dəyişir.