78 yaşlı nənə tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... –


Digərləri 19 Eyl 2025 14:05:00 52 0

78 yaşlı nənə tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... –

Ordubad şəhərinin 78 yaşlı sakini Hicrət Yusifova peşə təhsili alacaq.

Bu haberi de oku: O da Bakıdadır

Son.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, o bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olub.

Qeyd edək ki, Hicrət Yusifova 19 noyabr 1946-cı ildə Ordubad şəhərində anadan olub. Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. 25 il Ordubad ipək kombinatında çalışıb.

"Azərbaycan müəllimi"nə açıqlama verən Hicrət Yusifova deyir ki, xalça toxumağa hər zaman həvəsi olub: "Bu il Ordubad Peşə Liseyində xalça qrupunun açıldığını görəndə çox sevindim. Tələbə adı qazandığım üçün çox sevincliyəm".