Tokayev: Dünyada nüvə münaqişəsi riski artır
Dünya 18 Eyl 2025 22:47:00 71 0
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyada nüvə qarşıdurması ehtimalının yüksəldiyini bildirib.
Bu haberi de oku: Suriyanın XİN rəhbəri ABŞyə getdi 25 ildə ilk dəfə
Son.az xəbər verir ki, sentyabrın 17-də Astanada keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayında çıxış edən Tokayev qeyd edib ki, din liderləri xalqlar arasında etimadın və sivilizasiyalararası dialoqun gücləndirilməsində mühüm rol oynamalıdır.
Prezidentin sözlərinə görə, artan geosiyasi gərginlik və qarşıdurma ritorikası nüvə təhlükəsini real hala gətirib. Bu səbəbdən Tokayev beynəlxalq səviyyədə konstruktiv dialoq və diplomatik yanaşmanın önəmini vurğulayıb.