18 yaşlı güləşçi qıza maşın hədiyyə edildi
Dünya 06 Eyl 2025 08:24:00 144 0
NBA əfsanəsi və analitik Şakil O'Nil 18 yaşlı güləşçi Tamara Hamfrisə avtomobil hədiyyə edib.
Son.az xəbər verir ki, O'Nil Tamaranın nəqliyyat problemi səbəbindən məşq və yarışları qaçırdığını öyrənərək ona 2025-ci il "Mitsubishi Outlander" bağışlayıb.
Gənc idmançı sosial şəbəkədə minnətdarlığını bildirib:
"Məşqlərə gedə bilmirdim, turnirləri qaçırırdım. İndi isə Şak mənə avtomobil verdi. Dəstəyiniz üçün təşəkkür edirəm, sizi məyus etməyəcəyəm".
Asya Son.az
Kaynak: milli.az