Bu ölkədə əxlaqsızlıq adı ilə gözəllik salonlarını bağlayırlar


Dünya 02 Eyl 2025 18:07:00 188 0

Bu ölkədə əxlaqsızlıq adı ilə gözəllik salonlarını bağlayırlar

Əfqanıstan hakimiyyəti qanunsuz fəaliyyət göstərən yeraltı gözəllik salonlarının bir ay ərzində bağlanmasını tələb edib. Əks halda salon sahiblərinin cinayət məsuliyyətinə cəlb olunacağı bildirilir.

Son.az xəbər verir ki, Taliban 2023-cü ilin avqustunda rəsmi gözəllik salonlarını bağlamışdı və bu qərarla təxminən 12 min obyektin fəaliyyəti dayandırılmışdı. Lakin bəzi bölgələrdə bu sahə gizli şəkildə davam etdirilir.

Yeni sərəncama əsasən, icma rəhbərlərinə və əxlaq polisinə yeraltı salonların aşkarlanması və bağlanması tapşırılıb. Taliban bu salonları əxlaqi qaydalara zidd hesab edir və onların tamamilə ləğvini qarşıya məqsəd qoyub.