Bir fotosu ilə gündəm olmuşdu Yüksək vəzifəyə təyin olunan Elgün Səmədov görün kim imiş FOTO
Digərləri 03 Eyl 2025 14:49:58 148 0
Xəbər verdiyimiz kimi, Elgün Səmədov səhiyyə nazirinə yeni müşavir təyin olunub.
Bu haberi de oku: Turisti incit, sonra da turizm gəliri gözlə? Ekspertdən TƏNQİD
Son.az xəbər verir ki, Elgün Səmədov Aprel döyüşləri zamanı xüsusi fəaliyyəti ilə seçilmişdir. E.Səmədov 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirmiş və Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli Vətənə Xidmətə Görə ordeni ilə təltif edilmişdir.
E.Səmədovun əməliyyatlar zamanı çəkilmiş fotosu isə sosial şəbəkələrdə geniş paylaşılaraq gündəmə çevrilmişdir
Qeyd edək ki, Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olub.
Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olub. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləyib.