Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu


Digərləri 03 Eyl 2025 10:55:00 160 0

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

1 sentyabr 2025-ci il tarixində Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi Bir ekosistem ictimaiyyətəyeni loyallıq proqramını təqdim edib. İllərdir tanıdığımız Umico Bonus artıq böyük yeniliklər və daha böyük güclə Bir Bonus olaraq yoluna davam edəcək.

Tədbir Bir ekosistemin Loyallıq Proqramı İdarəsinin baş direktoru Fərid İslamovun çıxışı ilə başlayıb. O qeyd edib ki: "Bu, sadəcə ad dəyişikliyi deyil, ekosistem brendlərinin və minlərlə tərəfdaşımızın gücünün eyni çətir altında birləşməsidir. Bir Bonus ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu bir-birinə bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal təcrübədir. Onlar tam rahatlıqla gündəlik əməliyyatlarından bonuslar qazanacaq və həm brendlərimizdə, həm də partnyorlarımızda bonuslarını rahatlıqla xərcləyə biləcəklər".

Ekosistemin Partnyor Şəbəkəsi Departamentinin direktoru Mahmud Mahmudov isə yeni sistemin həm müştərilər, həm də partnyorlar üçün daha çevik imkanlar təqdim etdiyini vurğulayıb. "Bir neçə ildir ki, biz müştərilərimizlə keşbek sistemi vasitəsilə dəyər yaradırdıq, ammagörürük ki, yalnız keşbek modeli müştərilərin gözləntilərinə tam cavab vermir. Ona görə də biz daha geniş imkanlara malik, fərdi yanaşma və çeviklik təqdim edən bonus sisteminə keçid edirik. Bu sistem milyonlarla istifadəçiyə fərdi seçim imkanı verəcək və onların alış-veriş təcrübəsini daha maraqlı edəcək. Digər tərəfdən, partnyorlarımız artıq öz müştəri bazasına uyğun fərqli kampaniyalar yarada, müştəri davranışını daha dərindən, rahat izləyə biləcəklər".


Habere ait fotoğraflar