Bakıda yataqxanada yanğın üç nəfər tüstüdən zəhərləndi
Digərləri 25 Ağu 2025 19:07:00 99 0
19:07 25.08.2025-ci il tarixində saat 15:00 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu haberi de oku: "Polat Alemdar"ın Bakıda VİLLASI satışa çıxarılıb?
Bu barədə Son.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2 qadın, 1 kişi) stresə qarşı kəskin reaksiya diaqnozu ilə yerində yardım göstərilib.
-------- 18:10 Nərimanovda yataqxanada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib.
Bu barədə Son.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.