Durov Fransadakı həbsinin səbəbini
Digərləri 25 Ağu 2025 16:25:00 117 0
"Telegram"ın həmtəsisçisi Pavel Durov bir il əvvəl həbs olunmasını Fransa polisinin səhvi adlandırıb.
Bu haberi de oku: Belə edib evlənib xoşbəxt
Son.az. xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
"Mən Fransa polisinin öz səhvi ucbatından həbs olundum. 2024-cü ilin avqust ayına qədər onlar Fransa və Aİ qanunlarına məhəl qoymadılar və tələb olunan hüquqi prosedur vasitəsilə "Telegram"a sorğu göndərmədilər. Bir il sonra mənə qarşı aparılan istintaq təqsirini üzə çıxara bilməyib. Həbsimin yeganə nəticəsi Fransanın azad ölkə imicinə xələl gətirmək olub. Həbsdən bir il sonra hər 14 gündən bir Fransaya qayıtmağa məcbur olur, halbuki apellyasiya iclası günü hələ təyin olunmayıb.