Xadimə qadın 37 yaşında tələbə oldu
Digərləri 25 Ağu 2025 12:27:00 77 0
Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.
Bu haberi de oku: Paşinyan Bakı ilə razılaşmadan DANIŞDI
Son.az xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.
O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.
Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub.
O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib.
Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub. /"Baku Tv"
Kaynak: milli.az