"Telegram"da yeni funksiya
Digərləri 25 Ağu 2025 10:55:00 86 0
"macOS" əməliyyat sistemi üçün təqdim edilən "Telegram" messencerinin beta versiyasına maraqlı bir imkan əlavə olunub. İstifadəçilər artıq öz profillərinə musiqi əlavə edə biləcəklər.
Bu haberi de oku: Meşədə insan sümükləri aşkarlandı
Son.az xəbər verir ki, bu barədə "Rozetked" məlumat yayıb.
Qeyd olunur ki, "Telegram"ın ayrıca musiqi kataloqu mövcud deyil. Bu səbəbdən istifadəçilər istədikləri audiofaylları özləri taparaq yükləməlidirlər. Musiqini profilə əlavə etmək üçün isə əvvəlcə onu istənilən söhbətə göndərmək, daha sonra xüsusi düymədən istifadə etmək lazımdır.
Bundan başqa, istifadəçinin profilində əlavə edilmiş treklərdən ibarət pleylist formalaşacaq. Həmin pleylistə digər istifadəçilər də baxa və istəsələr musiqiləri öz profillərinə əlavə edə biləcəklər.