Saray körpüsü ətrafında söküntü işlərinə start verilib
Digərləri 21 Ağu 2025 13:12:00 65 0
Paytaxtın girişində yerləşən Saray körpüsünün yaxınlığında genişmiqyaslı söküntü işləri aparılır. Bu tədbirlər əsasən yol infrastrukturuna maneə törədən və qanunsuz olaraq inşa edilmiş obyektlərin ləğvini nəzərdə tutur.
Bu haberi de oku: Suyun təkrar qaynadılması ilə bağlı risklərə dair xəbərdarlıq
Son.az xəbər verir ki, müvafiq qurumların iştirakı ilə həyata keçirilən söküntü prosesi həm ərazidə nəqliyyat axınının daha səlis və təhlükəsiz təşkilinə, həm də ətraf mühitin abadlaşdırılmasına yönəlib. Mütəxəssislər bildirirlər ki, bu addım nəqliyyat sıxlığının azaldılmasına, yol hərəkəti iştirakçılarının rahatlığının təmin olunmasına mühüm töhfə verəcək. Sürücülər isə tıxacdan narazılıq edirlər.
Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, yol körpüyə uyğunlaşdırılaraq 4 hərəkət zolaqlı olacaq. Bəzi obyektlər isə yolun genişləndirilməsi məqsədi ilə söküləcək.