Rəqsanəyə kimlər dəstək oldu?


Şou-biznes 18 Ağu 2025 16:21:00 110 0

Rəqsanəyə kimlər dəstək oldu?

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində dələduzluq ittihamı ilə məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, ötən gün yayılan bu xəbər ictimaiyyətdə, sosial şəbəkələrdə ciddi rezonans doğursa da, müğənninin həmkarlarının reaksiyası gözlənildiyi kimi olmayıb.

Belə ki, müğənninin həbsi xəbəri yayıldıqdan sonra artıq bir gün keçməsinə baxmayaraq, şou-biznes nümayəndələrinin əksəriyyəti tam susqunluq nümayiş etdirib. Halbuki Rəqsanə uzun illərdir ki, müğənnilik fəaliyyəti göstərir, onlarla sənətçi ilə dostluq edib. Amma bu dəfə hamı sanki ondan üz döndərib.

Bütün bu səssizlik fonunda yalnız iki tanınmış sima Rəqsanəyə dəstək nümayiş etdirib.

Əməkdar artist Elza Seyidcahan öz İnstagram hesabında Rəqsanənin fotosunu paylaşaraq, ona mənəvi dəstəyini belə ifadə edib:

"Qəlb rahatlığını istəyirsənsə, insanların nə dediklərinə əhəmiyyət vermə. Çünki onlar yaradıcılarından razı olmayıblarsa, səndən necə razı olsunlar?"