Ağac aşdı, “Möhtəşəm Yüz il"in aktyoru altında qaldı FOTO


Şou-biznes 19 Ağu 2025 14:22:00 83 0

Ağac aşdı, “Möhtəşəm Yüz il"in aktyoru altında qaldı  FOTO

Türkiyəli aktyor İbrahim Yıldız güclü küləyin təsiri ilə ağacın aşması nəticəsində ağır yaralanıb.

Son.az xəbər verir ki, hadisə İstanbulda baş verib və aktyor küçədə gəzərkən qəfil aşan ağacın altında qalıb. Sakinlərin dərhal xəbər verməsi ilə hadisə yerinə təcili yardım briqadası gəlib və Yıldız xəstəxanaya çatdırılıb.

Aktyorun vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, İbrahim izləyicilərə "Duy beni" və "Möhtəşəm Yüz il Kösəm" seriallarından tanışdır.

İsmayıl Son.az