Qızılın qiyməti yeni tarixi maksimuma çatıb


Digərləri 08 Ağu 2025 12:44:00 65 0

Qızılın qiyməti yeni tarixi maksimuma çatıb

Cümə günü səhər saatlarında qızılın qiyməti kəskin şəkildə artaraq yeni tarixi maksimuma yüksəlib.

Son.az xəbər verir ki, bu barədə ticarət məlumatları və analitik şərhlərdən bəlli olur.

Bu artıma ABŞ administrasiyasının iri qızıl külçələrinin idxalına rüsum tətbiq etməsi ilə bağlı xəbərlər səbəb olub.

Bakı vaxtı ilə saat 08:39-da Nyu-Yorkun "Comex" birjasında 2025-ci ilin dekabr ayında tədarük ediləcək füçers müqaviləsinin qiyməti əvvəlki bağlanışla müqayisədə 35.9 dollar və ya 1.01% artaraq bir troya unsiyası üçün 3 489.6 dollar təşkil edib.

Gecə saatlarında göstərici daha da yüksələrək Bakı vaxtı ilə saat 02:00-da bir unsiya üçün 3 534.1 dollara çatıb və bu, qızılın tarixində yeni maksimum göstərici kimi qeydə alınıb. Məlumata görə, həmin vaxt qızılın qiyməti 2.62% artım göstərib.

Bakı vaxtı ilə 02:25-də isə qiymətli metalın dəyəri bir qədər geriləyərək bir unsiya üçün 3 492.10 dollar (artım +1.4%) olub.