"Ən yaxın adamım məni YIXDI"
Şou-biznes 05 Ağu 2025 10:00:00 71 0
Türkiyəli məşhur müğənni Özcan Denizin bütün əmlakına həbs qoyulub.
Bu haberi de oku: Sibel Canın qızı görünüşü ilə diqqət çəkdi
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun qardaşının borclarına zamin durması olub. Məşhurun bank hesablarına da məhkəmə qərarı ilə həbs qoyulub.
Borcu olan banklar birbaşa zamin kimi Özcan Denizin gəlir və əmlakına yönələrək icra prosesinə başlayıblar.
Sənətçinin hüquq komandasının bu qərara qarşı məhkəmədə hüquqi prosedura başladığı bildirilir.
Sənətçi Kiprdə verdiyi konsertdə ailəsinə üstüörtülü şəkildə mesaj göndərib. Qardaşından və bacısından gileylənən Özcan "İnsan ən çox ən yaxını ilə sınağa çəkilər" deyib.