Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi


Şou-biznes 05 Ağu 2025 08:08:00 102 0

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa 80 illik yubileyinə iki gün qalmış Los-Ancelesdə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Anderson "WKRP in Cincinnati" serialındakı roluna görə iki "Emmi" mükafatı və üç "Qızıl Qlobus" nominasiyasına namizəd olub. O, "Stroker Ace", "Country Gold", "The Lonely Guy", "A Letter to Three Wives", "Stranded", "Blondie & Dagwood" və "Blown Away" kimi çoxsaylı layihələrdə rol alıb.

Tanınmış aktrisa 1995-ci ildə yazdığı "Hündürdabanlı ayaqqabılarda həyatım" adlı avtobioqrafiyasında həm şəxsi, həm də peşəkar həyatının çətinlikləri haqqında yazıb.