Bu xiyarlar bankada partlaya bilər


Digərləri 04 Ağu 2025 23:00:00 65 0

Bu xiyarlar bankada partlaya bilər

Əgər konserv üçün düzgün tərəvəz seçilməzsə, qış üçün hazırlanan bütün turşular korlana bilər. Bəzən bankalar partlayır, qapaqlar qalxır, çünki yanlış xiyar növü istifadə olunub.

Son.az lent.az-a istinadla bu meyvələri təqdim edir:

Konserv üçün uyğun olmayan xiyar növləri

Həddindən artıq yetişmiş xiyarlar

Qalın qabıqlı, böyük toxumlu və həədindən artıq nəmliyi olanlar

Artıq nəmlik bu xüsusiyyətlər mayalanma üçün ideal şərait yaradır. Bu da bağlanmış bankada təzyiqin artmasına və partlamaya səbəb ola bilər.

Zədələnmiş və yumşalmış xiyarlar

Çatlamış, əzilib-göyərmiş, üzərində yumşaq ləkələr olan xiyarlar bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Belə meyvələr bankada tez çürüyür və bütün turşunu korlayır.

Çox böyük xiyarlar

Nəhəng ölçülü xiyarların içi adətən su kimi olur, termik emalda isə bərabər qızmır və bankada tez xarab olur.

Acı növlər

İstiliyə məruz qaldıqda acılıq daha da artır və xoşagəlməz dad verir. Bəzən acılıq, marinadla pis reaksiya verə biləcək maddələrin mövcudluğunun göstəricisidir.

Uzaqdan və ya çoxdan yığılmış xiyarlar