16 yaşlı itkin qızın ailəsindən açıqlama: "Dedi ki, daha sənin kimi anam yoxdur"


Digərləri 04 Ağu 2025 22:15:00 68 0

16 yaşlı itkin qızın ailəsindən açıqlama: "Dedi ki, daha sənin kimi anam yoxdur"

Avqustun 2-də 16 yaşlı qız Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçıb.

Qızın ailəsi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Ailə tezliklə yeniyetmənin tapılmasını istəyir.

Hadisə ilə bağlı Baku TV-yə danışan itkin düşən qızın anası Günel Xəlilovanın sözlərinə görə, övladı evdən zibil atmaq adı ilə çıxıb.

"Sonra mənə "sənin kimi anam yoxdur. Məndə videolar var. Onları Həsən əmiyə atmışam. Ondan həmin görüntüləri sənə göndərməsini istəyərsən" mesajını yazıb.

Evdən qaçmazdan bir gün öncə bacısını dəniz qırağına apararaq "çılpaq şəkillərimi çək" deyib. Bu şəkillərin kiməsə göndərildiyini düşünürəm. Həsəndən şübhələnirəm. O, ailəvi dostumuz, rəfiqəmin qeyri-rəsmi yaşadığı şəxsdir", - o söyləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, itkin düşən 16 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.