TASS “Qarabağ”la bağlı səhvini düzəltdi


Digərləri 01 Ağu 2025 15:12:00 86 0

TASS “Qarabağ”la bağlı səhvini düzəltdi

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş edib.

Son.az modern.az-a istinadən xəbər verir ki, yeni sərlövhədə "Dağlıq Qarabağ" ifadəsi dəyişdirilərək "Qarabağ" ilə əvəzlənib.

Xəbərin içində şəhərin coğrafi "Xankəndi" adı saxlanılsa da, 2023-cü il antiterror əməliyyatlarından əvvəlki dövrlə bağlı hissədə "Stepanakert" kimi verilib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbər yaymışdı.

***

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərin başlığını dəyişib.