Bu universitetdə təhsil haqqı artırıldı MƏBLƏĞ
Digərləri 30 Tem 2025 19:10:00 85 0
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025/2026-cı tədris ilindən etibarən təhsil haqqı artırılıb.
Bu haberi de oku: Azərbaycanda zəlzələ olub
Bu barədə Metbuat.az-a açıqlamasında universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib.
Onun sözlərinə görə, bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə illik təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata yüksəlib.
Qeyd olunub ki, yeni təhsil haqqı yalnız cari ildən etibarən universitetə qəbul olunacaq tələbələrə şamil ediləcək.
Kaynak: milli.az