"Saatlarla su gözləyirik, nəticə yoxdur"


Digərləri 30 Tem 2025 17:40:00 73 0

"Saatlarla su gözləyirik, nəticə yoxdur"

Yay aylarının yandırıcı istisində paytaxtın bəzi bölgələrində içməli suyun ya tamamilə kəsilməsi, ya da uzun fasilələrlə verilməsi sakinləri ciddi çətinliklərlə üz-üzə qoyub.

Son.az xəbər verir ki, su problemi yaşayan ərazilərdən biri də Xırdalandır.

Artıq bir aya yaxındır ki, Xırdalanda yaşayan vətəndaşlar su çatışmazlığından əziyyət çəkdiklərini bildirirlər. Onların sözlərinə görə, bu vəziyyət gündəlik həyatlarını iflic edib:

"Evdə körpə uşağım var, bu şəraitdə necə yaşayaq? Saatlarla su gözləyirik, nəticə yoxdur".

Məsələ ilə bağlı binanın komendantı bildirib ki, narazılığın əsas səbəbi suyun səhər və axşam saatlarında fasilələrlə verilməsidir.