Şahin Şıxlinskinin oğlu barəsində həbs qərarı qüvvədə saxlanılıb
Digərləri 30 Tem 2025 12:58:00 88 0
Məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
Bu haberi de oku: Bu kəndin sakinlərinə ölmək "qadağan olundu" qəbiristanlıqda
Son.az xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
"Şıxlinski instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. İş materialları ilə tanış olan və tərəflərin fikirlərini dinləyən Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsinin qərarını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq", - məlumatda qeyd olunub.
Kaynak: milli.az