Rəqsanəni ƏLƏ SALDI: “Get balonunu bağla...”
Şou-biznes 30 Tem 2025 12:00:00 64 0
Müğənni Günel Ələkbərova atmacal sözləri ilə diqqət çəkib.
Bu haberi de oku: 19 il sonra "Arka sokaklar"a vida etdi
Son.az xəbər verir ki, o, "Dream Fest"də iştirak edən yerli sənətçilərə ağız büzən Rəqsanəni ələ salıb.
"Pişik Günel" ləqəbli ifaçı video yayımlayaraq bəzi həmkarlarının "bostanını daşlayıb": "Rəqsanə üçün ürəyim gedir, yaxşı qızdır. Amma balon bağlayıb oradakı müğənniləri müzakirə edir. Ayseli bəyənmədi. Ona "qocalıb", digərlərinə "budları nə boydadır" dedi. Adama deyərlər, get balonunu bağla. İnsan analıq məzuniyyətində olub, üç uşaq dünyaya gətirib. Ayselin heç bir estetik əməliyyatı yoxdur və çox gözəl qızdır. Nikoldan pis görünürdü bəyəm? Paltarı da çox gözəl idi. Roza Zərgərli mahnı oxuyanda Nikol Şerzinqer onu videoya çəkirdi. Niyə bu cür müsbət şeyləri müzakirə etmirik? Bir az özümüzünkülərə dəyər verin. Bu, bizim hamımızın uğurudur".
Musa Son.az