Tramp məzuniyyətini bu ölkədə keçirəcək
Dünya 22 Tem 2025 06:06:00 80 0
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens yay məzuniyyətini Böyük Britaniyada keçirməyi planlaşdırırlar.
Bu haberi de oku: Tramp İranı hədələdi “Lazım olsa...”
Son.az xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" nəşri yayıb.
Məlumata əsasən, Ceyms Devid Vens həyat yoldaşı və üç övladı ilə birlikdə avqustun ortalarında Londona səfər edəcək. Vitse-prezident burada kottec kirayələyəcək və bir neçə gününü İngiltərənin cənub-qərbində yerləşən gözəl Kotsvolds bölgəsində keçirəcək. Daha sonra isə ailəsi ilə birlikdə Şotlandiyaya yollanacaq.
Vens səfəri çərçivəsində İngiltərənin xarici işlər naziri Devid Lemmi ilə görüşmək istəsə də, onların iş qrafikləri üst-üstə düşmədiyi üçün bu plan baş tutmayıb.