Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi


Dünya 21 Tem 2025 19:16:00 79 0

Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi

Polşanın enerji sektorunda dönüş nöqtəsi ola biləcək mühüm kəşf edilib. 

Son.az xəbər verir ki, "Central European Petroleum" (CEP) şirkəti ölkə tarixində ən böyük ənənəvi karbohidrogen yatağının aşkarlandığını elan edib. 

Baltik dənizində, Şvinuystye sahilindən 6 kilometr məsafədə həyata keçirilən qazma işləri nəticəsində 22 milyon ton neft və 5 milyard kubmetr satış keyfiyyətli təbii qazın mövcudluğu təsdiqlənib. Bu, son on ildə Avropada qeydə alınmış ən böyük kəşflərdən biri sayılır.

CEP tərəfindən təqdim edilən məlumatlara əsasən, ümumi ehtiyatların 33 milyon ton neft və 27 milyard kubmetr təbii qaz səviyyəsində ola biləcəyi qeyd olunur. Polşanın baş geoloqu Kşiştof Qalos bildirib ki, bu kəşf ölkənin enerji təhlükəsizliyinə ciddi təsir göstərə və xarici təchizatçılardan asılılığı azalda bilər. Lakin istismara başlamazdan əvvəl geoloji sənədlərin hazırlanması və təsdiqlənməsi tələb olunur.