"Nilay" 5 il müddətinə həbs oluna bilər
Şou-biznes 14 Tem 2025 22:00:00 78 0
Xəbər verdiyimiz kimi, aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun dostu Mert Vanqın ünvanına sosial şəbəkədə yazdıqlarına görə məhkəməyə verilib.
Bu haberi de oku: Həbsdə olan Təranədən XƏBƏR VAR
Son.az bildirir ki, axşam.az-ın məlumatına görə İstanbul Asliye Cəza Məhkəməsində aparılan istintaqın ardından prokurorluq Civelekə "təhdid və təhqir" ittihamı ilə 5 ilə qədər həbs cəzası istəyib. O, yaxın aylarda hakim qarşısına çıxacaq.
Qeyd edək ki, Alican bir illik münasibətlərindən sonra keçmiş sevgilisi ilə bağlı sosial media hesabında paylaşım edib. Mert onun paylaşımına "Gülünc olmayın" şərhini yazıb. Şərhi görən və özündən çıxan Feyza Vanqı təhqir edib.
Kaynak: milli.az