"Qızlar əncir yarpağında çölə çıxsalar, daha abırlıdır"


Şou-biznes 14 Tem 2025 12:15:00 63 0

"Qızlar əncir yarpağında çölə çıxsalar, daha abırlıdır"

Xalq artisti Afaq Bəşirqızı diqqət çəkən açıqlamalar verib.

Son.az xəbər verir ki, yutubda yayımlanan verilişə danışan aktrisa mentalitetə toxunaraq qızların geyimini hədəf alıb:

"Mentaliltet var? Oğullu, qızlı hamı döymədə. Qızların geyimi... Əncir yarpağı ilə çölə çıxsalar, geyindiklərindən abırlıdır. Bir tamaşam var: orada deyirəm, dayanan kimdir? Cavab verirlər, filankəs. Deyirəm ki, nə arvadlığını, nə kişiliyini görürəm. İndi bizim 99 faizimiz elədir. Niyə? Çünki qətiyyət, zəhm, möhkəm qeyrət və tədbir bizdə yoxdur".