"Sən, camaatın yanında kişiliyini kimə sübut etmək istəyirsən?"
Şou-biznes 13 Tem 2025 13:07:00 77 0
"Kül elə münasibətin başına"
Bu haberi de oku: Kişiləri İFŞA ETDİ: "Çoxu xanımını bu qızlarla ALDADIR"
"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, sonra evlən də. O qədər belə ailələr var ki... Həm də insan həyatı ilə təcrübə aparmazlar. Niyə kimisə bədbəxt edirsən? Pişik deyil. İnsanın pişiyi də öləndə ona təsir edir. Cəza yoxdur deyə, belə olur. Kişi də, qadın da istəyəndə boşanır. Ailəni qoruyan qadındır. İnsan sənə pis təsir edəcək hərəkəti ardıcıl edirsə, bu, səhv deyil. Səni itirmək üçün həyat tərzidir. Sənə hörmət etsə, bir-iki dəfə edər. İnsana şans vermək lazımdır. Lakin elə məsələlər var ki, şans vermək olmaz. Bir dəfə gəlirəm dünyaya, onu da sənə qurban edim? Hamı rahat yaşamaq istəyir".
Son.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Həftənin qonağı" verilişində deyib. O, xanımı ilə münasibətlərindən danışıb:
"Həyat yoldaşımı əvvəldən tanımırdım. Tibb bacısıdır. Diş həkiminə gedəndə tanış oldum. Təzə tanınan vaxtlarım idi. Övladımın olmamağı mənə əziyyət vermir. Qismətdir. Allah verər nemətdir, verməz qismətdir. Müalicəyə gedəcəyik. Övladımız olmasa da ayrılmayacağıq. Müqəddəs bir şey deyil ki, ona görə xanımımdan ayrılım. Övlad naxələf də çıxa bilər. O qədər olub ki, beş övlad bir ata-ananı yola verə bilməyib qocalar evinə qoyub və ya əziyyət veriblər. İnsan öləndə əməl dəftəri bağlanır, savab dəftəri isə açıq qalır. Özündən sonra yaxşı övlad qoyarsan, yaxşı əməllər edər, sənə rəhmət deyərlər. Çətindir. Hər şeyi övladın yolunda qurban verirsən, amma ailə qurandan sonra dəyişir".
Meyxanaçı hazırda ailələrin dağılmasını öz həyat tərzlərini başqalarınkı ilə müqayisə etməkdə görür: