Ərdoğandan tarixi çıxış: "Mübarizəmizi davam etdirəcəyik"


Digərləri 12 Tem 2025 11:58:00 67 0

Ərdoğandan tarixi çıxış: "Mübarizəmizi davam etdirəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AK Partiyanın ənənəvi Kızılcahamam müşavirə düşərgəsində geniş və tarixi çıxış edib. Dövlət başçısının nitqində terrorla mübarizə, milli birlik və bölgə siyasətinə dair vacib mesajlar yer alıb.

Son.az xəbər verir ki, Prezident Ərdoğan çıxışında 1984-cü ildən bu yana Türkiyənin terror səbəbilə verdiyi böyük itkiləri xatırladaraq bildirib ki, təkcə 10 minə yaxın təhlükəsizlik əməkdaşı şəhid olub. O, bəzi açılmamış cinayətlər və dövlətin keçmişdəki yanlış davranışlarının da terrorun tam aradan qaldırılmasına əngəl olduğunu etiraf edib.

PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - Silahlar yandırıldı - FOTO

Ərdoğan: "Ağ Toroslar, açılmamış cinayətlər və bəzi qeyri-qanuni fəaliyyətlər bu mənzərədə rol oynadı. Terrorun kökü hələ tam kəsilməyib," - deyə vurğulayıb.

Prezident çıxışında həmçinin Srebrenitsa soyqırımının 30-cu ildönümünü xatırladaraq, Bosniyalı qardaşlarının yanında olduqlarını bildirib və "Oxşar əzabların bir daha yaşanmaması üçün mübarizəmizi davam etdirəcəyik," deyə qeyd edib.

Duyğusal anlar da yaşanan çıxışda Ərdoğan baş məsləhətçisi Yiğit Bulutun vəfatını da açıqlayaraq, mərhumun xatirəsinə Fatihə oxunmasını istəyib.

Sonda Prezident ölkənin gələcəyi ilə bağlı ümidlərini bölüşüb:

"Ümid edirəm ki, terrordan azad Türkiyə yolunda atılan bu addım faydalı olacaq. Allah bizə millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülh üçün hədəflərimizə çatmağı nəsib etsin."

Fidan Son.az