FHN əhaliyə xəbərdarlıq etdi


Digərləri 12 Tem 2025 12:37:00 82 0

FHN əhaliyə xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Son.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir.

Bildirilib ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki,

- əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;

- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;

- siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;

- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;