12 iyulla bağlı vacib MƏLUMAT


Digərləri 10 Tem 2025 14:28:00 89 0

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir.  Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hələ ki, küləkli və nisbətən sərin hava müşahidə olunur.

Maraqlıdır, təhlükəli istilər Azərbaycana da gələ bilərmi?

Mövzu ilə bağlı Son.az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, artıq bir-neçə gündür ki, ölkəmizdə şimal axınlarının təsiri nəticəsində mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur.

Onun sözlərinə görə, iyul ayının ötən dövrü ərzində əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 10 gün yağıntılı hava şəraiti müşahidə olunub.

O qeyd edib ki, iyulun 12-dən başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, temperaturun isə tədricən yüksələcəyi gözlənilir:

"Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, eləcə də dağətəyi rayonlarda 35-37, Aran rayonlarında 38-40, dağlıq rayonlarda isə 26-28 dərəcəyədək yüksələcəyi  proqnozlaşdırılır. Hər gün yenilənən hava proqnozlarını və hava haqqında məlumatları ən dəqiq  meteo.az  saytdan və meteo.az. mobil tətbiqdən əldə edə bilərsiniz".