Xəyanətin əsas səbəbi açıqlandı
Digərləri 10 Tem 2025 21:30:00 57 0
Uzunmüddətli münasibətlərdə xəyanətin əsas səbəbi açıqlanıb.
Bu haberi de oku: Kişi ginekoloq 15 yaşlı hamiləni necə xilas etdi? "Bir əlim işləmirdi"
Son.az xəbər verir ki, xəyanətə səbəb olan əsas amil cansıxıcılıq deyil, uzunmüddətli münasibətlərdə emosional və erotik tənəzzüldür. Bu barədə 45 illik təcrübəyə malik psixoterapevt və seksoloq Ester Perel The Telegraph nəşrinə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə tərəfdaşlar arasında ehtirasın tədricən sönməsi geniş yayılmış və təbii haldır. Lakin bəzi hallarda bu, tərəfdaşlardan birində və ya hər ikisində təkliq hissinin yaranmasına gətirib çıxarır. Məhz bu hiss xəyanətə səbəb ola bilər.
Perel hesab edir ki, münasibətlərdə ehtirası bərpa etmək mümkündür. Bunun üçün tərəfdaşlar bir-birilərini yeni baxış bucağından görməyə çalışmalıdırlar. Bu, yataq otağında yeniliklər, səmimi söhbətlər və yeni birgə rituallar vasitəsilə mümkündür. Psixoterapevtin fikrincə, əsas məqsəd tərəfdaşa həm qarşı tərəfi, həm də özünü yeni bir kontekstdə görmək imkanı yaratmaqdır.