Əhali dərmana daha çox pul xərcləyir – Pərakəndə satışda


Digərləri 09 Tem 2025 12:00:00 92 0

Əhali dərmana daha çox pul xərcləyir – Pərakəndə satışda

"2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu məhz həmin məbləğdə mal və xidmətlərin istehlakçılara satılması anlamına gəlir. Pərakəndə ticarət dövriyyəsinin strukturunda diqqətı çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibb ləvazimatlarına çəkilən xərclərdir".

Son.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, həmin xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq 598 milyon manatdan çox olub. Əczaçılıq məhsullarının alınmasına çəkilən xərclərdə artım həmin dövrdə pərakəndə ticarətin struktrunda rekord səviyyədə olub və bütün digər istiqamətləri üstələyib. Digər tərəfdən, həmin dövrdə yalnız bu istiqamət üzrə xərclərdə iki rəqəmli artım faizi qeydə alınıb. Bütün digər xərclər üzrə artım faizi bir rəqəmlidir.

Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır?