Acun Ilıcalı aylıq gəlirini açıqladı


Şou-biznes 02 Tem 2025 20:34:00 121 0

Acun Ilıcalı aylıq gəlirini açıqladı

Türkiyəli iş adamı Acun Ilıcalı TV8 və "Exxen" platformasında yayımlanan futbol oyunlarında qanunsuz mərc reklamları ilə bağlı araşdırma çərçivəsində ilk dəfə hakim qarşısına çıxarılıb.

Son.az xəbər verir ki, o, ifadəsində aylıq gəlirini açıqlayıb. Bildirib ki, aylıq gəliri 5 milyon lirədir (təxminən 213 min manat) və yayımlanan görüntülərə texniki olaraq müdaxilə edə bilmədiklərini vurğulayıb:

"Yalnız biz ittiham olunuruq. UEFA görüntülərə reklam yerləşdirir, biz isə yalnız yayımçıyıq. Buna müdaxilə imkanımız yoxdur. İlk dəfədir məhkəmə qarşısına çıxıram, bu məni kədərləndirir."