Samir Bağırova görə öldürülən rəqqasənin bacısı DANIŞDI: "Dedi ki, kişisən vur..."


Şou-biznes 05 Tem 2025 15:45:00 65 0

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı DANIŞDI: "Dedi ki, kişisən vur..."

Müğənni Samir Bağırova görə öldürülən rəqqasə Rasimə Bəşirovanın (Sima) bacısı Rəna "Həftənin qonağı" verilişində yer alıb. 

Son.az xəbər verir ki, o, illər sonra bacısının qətlindən danışıb. O, bacısının iş adamı Şeyda Novruzov tərəfindən öldürülməsi haqda sualları cavablandırıb:

"Məndən 10 yaş böyük idi. Mənim üçün ikinci ana idi. 21 yaşında öldü. Hadisə 1998-ci il 27 dekabrda baş verib. Sima qələ yetirildi. Məşhur restoranlarda çıxış edirdi. Bacım sərt idi, ona söz demək olmurdu. Bir az sakit olsaydı, bu hadisə baş verməzdi. Orada Samir Bağırov və bir neçə dostları var idi. Mübahisə Şeyda Novruzov ilə Sima arasında oldu. Mübahisə Samirə görə oldu. Samiri çox istəyirdi və bizdə yaşayırdı. Bu da Şeydanın xoşuna gəlmədi. Dalaşıblar, sonuncu sözü o olub ki, kişisən vur. O da bacımı vurub.

İllər sonra orada çalışan xadiməçi ilə görüşdüm. Dedi, elə vəziyyət idi ki, hamı hər şeyi atıb qaçdı. Məsələnin hər şeyini anam bilirdi. Anam heç onun məzarına getməyib, bütün xatirəsini cırıb atdı. Simadan sonra nənəm, babam, anam - heç kim ayılmadı. Hamının həyatı puç oldu".